Xəzər Xəbər

Redkliff: “Roulinq qovularsa, Harri Potter roluna davam edərəm”

Dünya | 13:48 • 25 Sentyabr 2020
Redkliff:

"Harri Potter” rolu ilə məşhurlaşan aktyor Deniel Redkliff yeni layihəyə bir şərtlə qayıdacağını açıqlayıb: Filmdə əsərin yazarı Coan Roulinqin iştirakı olmamalıdır.


Bu barədə "We Got This Covered” xəbər yayıb.


Nəşr bildirir ki, Redkliff son zamanlara qədər bu filmin davamında iştirak etməkdən boyun qaçırıb. O, həmin rolun əsiri olacağından qorxub. Kinosaqa bitdikdən sonra  aktyor bir sıra  layihələrdə iştirak edib.


İndi isə Roulinqin  "Harri Potter və lənətlənmiş uşaq” pyesinin ekranlaşmasında iştirak etməyin əleyhinə deyil. Ancaq "Warner Bros.” studiyası qarşısında şərt qoyub – layihədə C.Roulinq iştirak etməməlidir. Səbəbi isə yazarın  transgenderlər haqqında söylədikləridir. Aktyor bunu yolverilməz adlandırıb.

Xəbər lenti