Xəzər Xəbər

ABŞ-da koronavirusdan daha 356 nəfər öldü

Dünya | 15:55 • 22 Sentyabr 2020
ABŞ-da koronavirusdan daha 356 nəfər öldü

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 52 mindən çox yoluxma qeydə alınıb.


"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.


Universitetin məlumatına görə, son 24 saat ərzində ABŞ-da COVID-19-a 52 070 yoluxma qeydə alınıb, 356 nəfər ölüb.


ABŞ-da indiyədək koronavirusa 6,8 milyondan çox yoluxma aşkarlanıb, 199 886 nəfər vəfat edib. Koronavirusa yoluxan 2,6 milyondan çox insan isə xəstəlikdən sağalıb./APA

Xəbər lenti