Xəzər Xəbər

Ermənistanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Dünya | 14:41 • 21 Sentyabr 2020
Ermənistanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Ermənistan səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


Bu barədə İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib.


O vurğulayıb ki, müvəqqəti işlər vəkili Ermənistanın İsraildə səfirlik açmasına etiraz olaraq XİN-ə çağırılıb.


S. Xətibzadə qeyd edib ki, Ermənistanın İsraildə səfirlik açması ilə bağlı İran tərəfinin narazılığı müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb. (APA)

Xəbər lenti