Xəzər Xəbər

Braziliyada koronavirusdan ölənlərin sayı 136 min nəfəri ötdü

Dünya | 14:44 • 20 Sentyabr 2020
Braziliyada koronavirusdan ölənlərin sayı 136 min nəfəri ötdü

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 33 057 nəfər yoluxub.



Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.



Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 528 240 nəfərə çatıb.




Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 739 nəfər ölüb, ölənlərin ümumi sayı 136 532 nəfər təşkil edir./trend

Xəbər lenti