Xəzər Xəbər

Böyük Britaniya koronovirusun ikinci dalğasını yaşayır

Dünya | 09:03 • 19 Sentyabr 2020
Böyük Britaniya koronovirusun ikinci dalğasını yaşayır

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkəsinin koronovirusun ikinci dalğasını yaşadığını açıqlayıb. O, ikinci dalğanın qaçılmaz olduğunu, ölkədə daha sərt karantin tədbirlərinin həyata keçirilməsini istəmədiyini və bunun son çarə olduğunu bildirib.


Baş nazir deyib: "Məktəblərin yenidən normal fəaliyyət göstəməsi yaxşı haldır. İqtisadiyyatımızı mümkün qədər açıq saxlamaq istəyirik. Ancaq bunun üçün xalqımızın qanunlara tabe olması lazımdır”.


Üç mərhələli məhdudlaşdırmanın tətbiq olunduğu ölkədə, birinci mərhələ insanlar arasında sosial məsafə qaydalarının qorunmasıdır.


İkinci mərhələni ev görüşlərinə, restoran, kafe və barlara qoyulan məhdudiyyətlər təşkil edir.


Üçüncü mərhələdə isə sərt karantin rejiminin tətbiqi nəzərdə tutulub.


Xatırladaq ki, Böyük Britaniyada 381 min 614 nəfər bu virusa yoluxub, 41 min 705 nəfər isə həyatını itirib.

Xəbər lenti