Xəzər Xəbər

Almaniyada koronavirus “əks-hücuma” keçir

Dünya | 16:57 • 18 Sentyabr 2020
Almaniyada koronavirus “əks-hücuma” keçir

Bu yay uğurlu mübarizə, ocaqların lokallaşdırılması və koronavirus xəstəliyinə düçar olmuş almanların ümumi statistikasının minimallaşdırılması kimi yadda qalıb. Payız, deyəsən, tarixə virusun insan cəmiyyətinə qarşı "əks-hücumu” dövrü kimi düşəcək. Bu, Almaniyaya da aiddir.


Bu ölkədə təkcə son gündə yoluxanların sayı 2094-ə çatıb. Hərçənd bir gün əvvəl, testə müsbət reaksiya 1827 yeni xəstədə təsbit edildi.


Əslində dünən antirekord qeydə alındı. Bundan əvvəl yoluxanların sayında ən kəskin artım 2069 yeni yoluxma halının aşkar edildiyi aprelin 24-də qeydə alınıb.


Ötən gün ərzində koronavirus Almaniyanın üç sakinin ölümünə səbəb oldu və nəticədə qurbanların sayı 9457 nəfərə çatdı.


Hazırda Almaniyada 20087 nəfər COVID-19 virusunun aktiv daşıyıcısıdır.


Ümumilikdə, Almaniyada koronavirus 269.042 nəfərə "toxuna bilib”./AZƏRTAC

Xəbər lenti