Xəzər Xəbər

Üçüncü dalğa başladı - RƏSMİ AÇIQLAMA

Dünya | 18:50 • 17 Sentyabr 2020
Üçüncü dalğa başladı - RƏSMİ AÇIQLAMA

İranın paytaxtı Tehranda koronavirus pandemiyasının üçüncü dalğası başlanıb.


Bunu Koronavirusla Mübarizə Komitəsinin sədri Əli Rza Zali dövlət televiziyasına açıqlamasında deyib.


O, paytaxt miqyasında daha ciddi profilaktik tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: "Yoluxmanın yüksək olması səbəbilə "qırmızı bölgə” elan edilən Tehran xəstəxanalarında son sutka ərzində 720 nəfər müalicəyə cəlb olunub, onlardan 147 nəfəri reanimasiyaya yerləşdirilib. Tehranda həm yataqda, həm də evdə müalicə alan xəstə sayında artım var. Eyni formada ölənlərin də sayı artır. Belə görünür, Tehranda üçüncü dalğa başlandı. Səhiyyə sahəsində daha ciddi problemlərlə qarşılaşmamaq üçün Tehranda daha ciddi tədbirlər görülməlidir”.


Onun sözlərinə görə, paytaxtda fabriklərin fəaliyyətinin bərpası və məktəblərin açılması səbəbilə ictimai nəqliyyatda intensivlik artıb. Bu da risk təşkil edir./Publika.az

Xəbər lenti