Xəzər Xəbər

“Wizzair” Gürcüstandan uçuşları bərpa edir

Dünya | 18:11 • 17 Sentyabr 2020
“Wizzair” Gürcüstandan uçuşları bərpa edir

Macarıstanın aşağıbüdcəli "Wizzair” şirkəti oktyabrın 1-dən Kutaisi şəhərindən Riqaya uçuşlar həyata keçirəcək.


Bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.


Onun sözlərinə görə, reyslər hələlik həftədə bir dəfə yerinə yetiriləcək. 


Hökumət başçısı deyib ki, Gürcüstan hava məkanını epidemioloji vəziyyət nəzərə alınmaqla mərhələli şəkildə açmağa davam edəcək./report

Xəbər lenti