Xəzər Xəbər

İsraildən neft və təbii qazla bağlı yüz milyonluq addım

Dünya | 15:34 • 17 Sentyabr 2020
İsraildən neft və təbii qazla bağlı yüz milyonluq addım

İsrail Körfəz ölkələrindən neft və təbii qazın Avropa və Şimali Amerika ölkələrinə nəqli üçün boru xəttinin çəkilməsini təklif edəcək.


Bu barədə ölkənin "Globes” iqtisadiyyat nəşri bildirib.


Xəbərə görə, layihənin hazırlıqlarına başlanılıb. Hələ ki, diplomatik münasibətlər qurulmamasına baxmyaraq, Səudiyyə Ərəbistanının da bu xəttə qoşulacağı qeyd olunub.


"Tərəflər enerji təhlükəsizliyinin artırılması hədəfilə regional nəqliyyat sistemləri də daxil olmaqla, enerji sahəsindəki layihələrlə əməkdaşlığı inkişaf etdirəcək və qüvvətləndirəcək”, - açıqlamada deyilir.


Boru xətti layihəsinin hədəfləri arasında neft və qaz nəqlinin müddətinin azaldılması və Süveyş kanalından keçidi məhdudlaşdırmaqla maliyyə israfının qarşısının alınması var.


Layihənin İsrail iqtisadiyyatına yüz milyonlarla dollar gəlir gətirəcəyi vurğulanır./Publika.az

Xəbər lenti