Xəzər Xəbər

Belə görüntüləri “like” edənlər həbs olunacaq

Dünya | 14:21 • 17 Sentyabr 2020
Belə görüntüləri “like” edənlər həbs olunacaq

İranda sosial şəbəkələrdə uşaq zorakılığı ilə bağlı görüntüləri "like” edənləri 6 aydan 2 ilədək həbs cəzası gözləyir.


İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Mahmud Əliqu virtual məkanda uşaq istismarına dair videonu bəyənənlərin təqsirkar sayılacağını və buna görə 6 aydan 2 ilə qədər həbs cəzası nəzərdə tutulduğunu açıqlayıb.


Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Uşaqların Müdafiəsi haqqında Qanunla bağlı televiziyaya müsahibəsində qeyd edib ki, qanuna görə, insanların sosial şəbəkələrdə uşaqların istismara məruz qaldığın videonu "like” etmələri qanun pozuntusu sayılır və 6 aydan 2 ilə qədər həbs cəzası nəzərdə tutulur.


İranın Xorasan-e Rəzəvi vilayətinin Dövlət Sosial Müdafiəsi Departamentinin sosial müdafiə şöbəsinin müdiri Qulamhüseyn Həqdadi bu yaxınlarda bildirib ki, 2020-ci ilin ilk üç ayı ərzində sözügedən idarəyə uşaq zorakılığına dair 1850 müraciət daxil olub. O vurğulayıb ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə çoxdur. (APA)

Xəbər lenti