Xəzər Xəbər

Fransada koronavirusdan ölənlərin sayı 31 mindən çoxdur

Dünya | 10:28 • 17 Sentyabr 2020
Fransada koronavirusdan ölənlərin sayı 31 mindən çoxdur

Fransada Sars-CoV-2 virusuna son sutka ərzində 9 min 784 yeni yoluxma qeydə alınıb.


Fransa Səhiyyə İdarəsinin məlumatına görə, son 24 saat ərzində xəstəxanaya 649 koronavirus xəstəsi daxil olub ki, onlardan 100-ü reanimasiya şöbələrinə yerləşdirilib.


Ölkədə aşkarlanın 862 qrup yoluxmasından 77-si son sutka ərzində aşkarlanıb.


Son gün ərzində 49 ölüm faktı qeydə alınmaqla, COVID-19 epidemiyası qurbanlarının ümumi sayı 31 min 45-ə çatıb.


Ölkədə COVID-19 epidemiyasına görə 81 tədris müəssisəsi bağlanıb. "Elabe” şirkətinin apardığı sorğunun nəticələrinə görə fransızların 50 faizi düşünür ki, koronavirus epidemiyasının qarşısını almaq üçün hökumət kifayət qədər ehtiyat tədbirləri görmür. Fransızların 62 faizi epidemiyaya qarşı mübarizədə icra orqanlarına etibar etmir.

Xəbər lenti