Xəzər Xəbər

Rusiyada klinikada yanğın baş verib, 4 nəfər ölüb, 2 nəfər yaralanıb

Dünya | 09:11 • 17 Sentyabr 2020
Rusiyada klinikada yanğın baş verib, 4 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiyanın Krasnoyarsk şəhərində "Mir” Prospekti, 115a ünvanında yerləşən özəl klinikada yanğın baş verib.


Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.


Qeyd edilib ki, yanğın zamanı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.


Yanğının yerli vaxtla 23.46-da baş verdiyi bildirilib.


Alov klinkanın 1-ci mərtəbədəki ofisdə başlayıb.


Dərhal 16 nəfər klinikadan çıxarılıb və 01.19-da yanğın söndürülüb.


İlkin ehtimala görə, hadisəyə səbəb ehtiyatsızlıq və ya elektrik avadanlıqlarının nasazlığı ola bilər.

Xəbər lenti