Xəzər Xəbər

Tramp ABŞ-da COVID-19 peyvəndinin oktyabrda paylanacağını bildirib

Dünya | 09:03 • 17 Sentyabr 2020
Tramp ABŞ-da COVID-19 peyvəndinin oktyabrda paylanacağını bildirib

Prezident Donald Tramp ABŞ-da COVID-19-a qarşı peyvəndin oktyabr ayında paylanacağını bildirib.


Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.


O, peyvəndlərin çox etibarlı və ədalətli şəkildə paylanmasına hazır olduqlarını qeyd edib: "COVID-19 əleyhinə peyvəndlərin paylanmasına oktyabr ayında başlaya bilərik. Düşünürəm ki, bu oktyabrın ortalarından, bəlkə də bir az sonra baş tutacaq”.

Trampın sözlərinə görə, ABŞ-da 2020-ci ilin sonunadək 100 milyona qədər vaksinin paylanmasına hazırlıq görülüb.

Xəbər lenti