Xəzər Xəbər

Yoşihide Suga Yaponiyanın Baş naziri seçilib

Dünya | 09:27 • 16 Sentyabr 2020
Yoşihide Suga Yaponiyanın Baş naziri seçilib

Yoşihide Suqa rəsmi olaraq Yaponiyanın yeni Baş naziri seçilib.

Xezerxeber.az xəbər verir ki, Nümayəndələr Palatası hökuməti formalaşdıran yeni Baş naziri seçmək üçün fövqəladə iclas keçirib. Səsvermədə iştirak edən 462 nəfərdən 314-ü hakim Liberal Demokratik Partiyasının prezidenti Y. Suqaya səs verib.

Qeyd edək ki, Yaponiya baş naziri Sindzo Abe və onun təmsil etdiyi hökumət tam tərkiblə istefaya gedib. Y. Suqa əvvəl Baş nazir Şindzo Abenin Baş katibi vəzifəsində çalışıb.

Xəbər lenti