Xəzər Xəbər

Fransada karantin yenidən sərtləşdirildi

Dünya | 17:32 • 15 Sentyabr 2020
Fransada karantin yenidən sərtləşdirildi

Koronavirusun Avropada yenidən artması ilə bir çox ölkələrdə yenidən sərt tədbirlər görülməyə başlanıb. 


Qərb mətbuatı xəbər verir ki, Fransada COVİD-19 daşıyıcılarının sayı yenidən artdıqdan sonra ölkədə yeni qadağalar qoyulub.

 

Edilən açıqlamada deyilib ki, saat 20:00-dan sonra spirtli içkilərin satışı qadağa edilib. Barların və gecə klublarının isə saat 00:30 ilə 06:00 arasında bağlanmasına qərar verilib.

 

Fransanın Səhiyyə nazirliyi tərəfindən verilən açıqlamada ölkə ərazisində son 24 saatda 6 min 158 yeni koronavirus daşıyıcısının təsbit olunduğu bildirilib. Onlardan 34 nəfər virus səbəbindən həyatını itirib.

 

Qeyd edək ki, Fransada bu günə qədər 30 min 950 nəfər həyatını itirib.

Xəbər lenti