Xəzər Xəbər

Rusiya 26 peyvənd üzərində işləyir Popovadan ŞAD XƏBƏR

Dünya | 14:32 • 15 Sentyabr 2020
Rusiya 26 peyvənd üzərində işləyir

Rusiyada inkişaf mərhələsində olan 26 koronavirus peyvəndi var.


Bu sözləri Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor”) rəhbəri Anna Popova bildirib.


"Dünyada 36 peyvənd kliniki sınaq mərhələsindədir, 92 preparatın klinik araşdırma öncəsindəki testlər aparılır, Rusiyada isə 17 elmi qurumda 26 növ peyvənd üzərində iş gedir”, - Popova qeyd edib.


Onun sözlərinə görə, rəsmi rəqəmlər Rusiyada yay mövsümündə koronavirus pandemiyasının ikinci dalğasının yaşanmadığını göstərdiyini qeyd edib.


Popova "Vektor” virusologiya və biotexnologiya mərkəzində elm adamlarının 422 nümunə üzərində həyata keçirildiyi, yeni tip koronavirusda ciddi mutasiya müşahidə edilmədiyini söyləyib.


Qeyd edək ki, dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyanın dövlət tərəfindən qeydiyyata aldığı "Sputnik V”dir./Publika.az

Xəbər lenti