Xəzər Xəbər

Gürcüstanda fövqəladə vəziyyət elan olunmayacaq

Dünya | 18:07 • 14 Sentyabr 2020
Gürcüstanda fövqəladə vəziyyət elan olunmayacaq

"Gürcüstanda sərt karantin və fövqəladə vəziyyətin elan edilməsi tam istisna olunur".


Bunu Gürcüstanın hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvili keçirdiyi xüsusi brifinqdə deyib.


Onun sözlərinə görə, bu gün dövlət, ölkənin səhiyyə sektoru və xəstəxanalar epidemioloji vəziyyətin idarə olunmasına daha yaxşı hazırlıqlıdırlar: "Ölkədə koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır. Lakin unutmamalıyıq ki, yoluxma hallarında artım müşahidə olunur. Bu baxımdan xüsusilə ehtiyatlı olmaq lazımdır”.


Qeyd edək ki, son günlər qonşu ölkədə COVID-19-a yoluxmada rekord göstəricilər qeydə alınır./report

Xəbər lenti