Xəzər Xəbər

Türkiyədən yeni Yunanıstan açıqlaması "Şansı qiymətləndirin"

Dünya | 16:00 • 14 Sentyabr 2020
Türkiyədən yeni Yunanıstan açıqlaması

Türkiyənin heç kimin torpağında gözü yoxdur. Amma haqqını və hüququnu kimsəyə yedirtməməkdə də qərarlıdır.


Türkiyə Prezidenti Ərdoğanın sözçüsü İbrahim Qalın Yunanıstan və Şərqi Aralıq dənizində müşahidə olunan gərginliklə bağlı rəsmi Ankaranın mövqeyini açıqlayarkən belə deyib.


İbrahim Qalın bəyan edib ki, Türkiyə iradəli Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həm meydanda, həm də masada güclü aktor olaraq haqq və mənafelərini hər zaman qoruyacaq:


"Yunanıstan və Avropa Birliyi ölkələri diplomatiyanın verdiyi şansı sərf etməli, buna uyğun addımlar atmalıdır. Şərqi Aralıq dənizi problemlərinin sülh yolu ilə həlli mümkündür. Prinsiplərə söykənən əhatəli, ədalətli və konstruktiv töhfələr rasional yanaşmaları təmin edəcək. Türkiyənin kiminsə torpağında gözü yoxdur. Ancaq heç kimsəyə də haqqını və hüququnu yedirtməməkdə qərarlıdır”./Teleqraf.com


Xəbər lenti