Xəzər Xəbər

Tramp dərmanların qiymətini endirdi

Dünya | 15:21 • 14 Sentyabr 2020
Tramp dərmanların qiymətini endirdi

ABŞ prezidenti Donald Tramp dərmanların qiymətinin azaldılması barədə fərman imzalayıb.


Bu barədə Tramp Twitter-də yazıb.


"Dərman qiymətlərini endirmək üçün yeni bir fərman imzaladım...Həm də qiymətləri daha da endirməklə vasitəçilər üçün bütün imtiyazlara son qoydum", - deyə Tramp yazıb.


Prezident qeyd edib ki, artıq vətəndaşlar dərmanları şirkətlərin xaricə satdığı qiymətə ala biləcəklər.


Xatırladaq ki, ABŞ-da rekord sayda məbləğlərin araşdırmalara ayrılmasına baxmayaraq, dərmanların qiyməti yüksək olaraq qalır./Publika.az

Xəbər lenti