Xəzər Xəbər

İrandan uranla bağlı təşvişə salan açıqlama: AKTİVLƏŞDİRİLDİ

Dünya | 15:10 • 14 Sentyabr 2020
İrandan uranla bağlı təşvişə salan açıqlama:

İranın uranı zənginləşdirmə və saxlama qabiliyyəti artıb.


Bu barədə ölkənin Atom Energetikası Agentliyi məlumat yayıb.


Bildirilib ki, "Fordow” uranı zənginləşdirmə stansiyasındakı 1044 mərkəzdənqaçma laboratoriya aləti aktivləşdirilib.


Qeyd edək ki, ABŞ-ın 2018-ci ildə nüvə razılaşmasından birtərəfli qaydada çəkilməsinin açıqlanmasından sonra razılaşma çərçivəsində aktivliyini məhdudlaşdırığı müəssisələrin yenidən fəaliyyətini artıran İran "Fordow” uranın zənginləşdirilməsi proqramına 2019-cu ildə başlamışdı. Rəsmi Tehran 2019-cu ilin mayından bəri razılaşmadakı öhdəliklərini sıra ilə sonlandırır./Publika.az

Xəbər lenti