Xəzər Xəbər

Daha 350 nəfər Gürcüstandan ölkəmizə təxliyə ediləcək

Dünya | 12:24 • 13 Sentyabr 2020
Daha 350 nəfər Gürcüstandan ölkəmizə təxliyə ediləcək

Azərbaycanın Gürcüstandakı səfirliyi daha 350 nəfərin ölkəmizə təxliyəsini həyata keçirəcək. Onların 97-si Azərbaycan vətəndaşı, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə və 1-i Ukrayna vətəndaşı olan azərbaycanlılar və ölkəmizdə daimi yaşamaq hüququ olan şəxslərdir.


Xezerxeber.az xəbər verir ki, təxliyə olunacaq şəxslər sentyabrın 13-də Gürcüstandakı klinikaların birində koronavirusla bağlı test veriblər. Testlərin cavabı 24 saat ərzində məlum olacaq. Test cavabı neqativ olan şəxslər səfirlikdən COVID-19 arayışı alacaqlar. Sənəd 48 saat ərzində qüvvədə olacaq.


Təxliyə olunan şəxslər sentyabrın 14-də səfirliyin qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki "Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.


Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək səfirlik 2 mindən çox azərbaycanlının Gürcüstandan təxliyəsini həyata keçirib.

Xəbər lenti