Xəzər Xəbər

Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb

Dünya | 12:09 • 13 Sentyabr 2020
Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb

Son 24 saat ərzində Gürcüstanda daha 152 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 2227 nəfərə çatıb.


Bu barədə Gürcüstan hökumətinin rəsmi "StopCov.ge” saytında məlumat verilir.


Bildirilir ki, bu günədək 1369 nəfər müalicə olunub, 19 nəfər ölüb. Hazırda 5882 nəfər karantində, 390 nəfər stasionarda həkim nəzarətindədir.

Xəbər lenti