Xəzər Xəbər

İndiyədək Türkiyədə 7 minədək insan koronavirusdan həyatını itirib

Dünya | 09:47 • 13 Sentyabr 2020
İndiyədək Türkiyədə 7 minədək insan koronavirusdan həyatını itirib

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə geniş mübarizədə tədbirlərə baxmayaraq, gündəlik yoluxma sayında azalma müşahidə olunmur.


Xezerxeber.az xəbər verir ki, yerli hakimiyyət orqanları infeksiya ilə mübarizənin səmərə verməsi məqsədilə vilayətlər üzrə bəzi məhdudiyyətləri sərtləşdirməkdə davam edirlər.


Türkiyənin Səhiyyə Nazirliyinin məlumatına görə, sentyabrın 12-də ölkə üzrə 98 min 326 nəfər koronavirus testindən keçirilib. Onlardan 1509 nəfər xəstə çıxıb. Sutka ərzində 1207 nəfər sağalıb, 48 xəstə dünyasını dəyişib. İndiyədək infeksiyadan ölənlərin sayı 6 min 999 nəfərə çatıb.


Gündəlik ölüm halında da yüksəliş davam edir. Bu vaxtadək koronavirusa yoluxanların sayı 289 min 635 nəfərə çatıb. Təxmini hesablamalara görə, bu sürətlə bir həftə sonra yoluxanların sayı 300 mini ötəcək.

Xəbər lenti