Xəzər Xəbər

Rusiyada təyyarə qəzası baş verib, ölənlər var

Dünya | 09:02 • 13 Sentyabr 2020
Rusiyada təyyarə qəzası baş verib, ölənlər var

Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.


Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Bildirilib ki, qəza nəticəsində təyyarədə olan pilot və sərnişin dünyasını dəyişib. Onların cəsədləri təyyarənin içərisində tapılıb.

Qeyd edək ki, təyyarə qəza zamanı Şelkovo ərazisindəki gölməçəyə düşüb.

Qəzanın başvermə səbəbi açıqlanmayıb.

Xəbər lenti