Xəzər Xəbər

İsraildə NÖVBƏTİ REKORD qeydə alındı

Dünya | 14:26 • 8 Sentyabr 2020
İsraildə NÖVBƏTİ REKORD qeydə alındı

İsraildə koronavirusa gündəlik yoluxma sayında rekord qeydə alınıb.


Son sutka ərzində 3 min 392 nəfərə COVID-19 diaqnozu qoyulub. Xəstələrdən 463-nün vəziyyəti kritikdir.


Bununla da infeksiya daşıyıcılarının ümumi sayı 135 min 43-ə yüksəlib.


Hazırda İsraildə 27 min 723 aktiv koronavirus xəstəsi var. Bu günədək 106 min 297 nəfər sağalıb.


Qeyd edək ki, İsraildə son olaraq 3 sentyabrda gündəlik yoluxma rekordu qeydə alınmışdı – 3 min 74 nəfər./Publika.az

Xəbər lenti