Xəzər Xəbər

Səhiyyə Nazirliyindən gənc analara XƏBƏRDARLIQ: COVID-19 diaqnozu qoyulsa belə...

Dünya | 12:08 • 8 Sentyabr 2020
Səhiyyə Nazirliyindən gənc analara XƏBƏRDARLIQ:

Koronavirusa yoluxmuş gənc analar körpələrinə mütləq ana südü verməlidir.


Bu barədə Türkiyə Səhiyyə Nazirliyinin "Uşaq Xəstəlikləri Profilaktikası və Müalicə Təlimatı” sənədində deyilir.


Nazirlik COVID-19 diaqnozu olsa da, ana südünün körpə üçün ən yaxşı qida mənbəyi olduğunu açıqlayıb:


"Ana südündəki əsas risk ana ilə yaxın təmas və infeksiyadır. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 şübhəsi daşıyan və ya diaqnozu qoyulan anaların körpələrini əmizdirməyə başlaması, yaxud buna davam etməsinə təşviqi tövsiyə edir. Analar əmizdirməyin faydalarının ehtimal edilən yoluxma riskindən əhəmiyyətli miqdarda üstün olduğunu bilməlidir”./Publika.az

Xəbər lenti