Xəzər Xəbər

Dəhşətli TƏBİİ FƏLAKƏT itkilərə səbəb oldu: yüzdən çox yaralı var

Dünya | 11:24 • 8 Sentyabr 2020
Dəhşətli TƏBİİ FƏLAKƏT itkilərə səbəb oldu:

Yaponiyanın cənub-qərbindəki Kyuşu bölgəsində hökm sürən "Haişen” tayfunu itkilərə səbəb olub.


"Kyodo” xəbər verir ki, təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.


Daha əvvəl 8 milyona yaxın insanın təxliyə edilməsi çağırışı edilən Kyuşuda tayfunun bölgəni tərk etməsini gözləyən xalq gecəni təxliyə mərkəzləri və hotellərdə keçirib.


475 min ev müvəqqəti enerji çatışmazlığına uğrayıb.


Tayfunun Koreya yarımadasına doğru irəlilədiyini açıqlayan Yaponiya Meteorologiya Agentliyi bu həftə leysan yağışlar, şiddətli külək və fırtına gözləndiyini proqnozlaşdırıb./Publika.az

Xəbər lenti

Çox oxunanlar