Xəzər Xəbər

Bir ölkəni ayağa qaldıran OLAY: gənc həkimlər itkin düşdü

Dünya | 14:49 • 7 Sentyabr 2020
Bir ölkəni ayağa qaldıran OLAY:

Avstraliyada 5 gənc həkim itkin düşüb.


27-31 yaş aralığındakı həkimlərdən şənbə günündən bəri xəbər yoxdur.


İstirahət düşərgəsi qurmaq üçün Alis Sprinq şəhərindən çıxaraq "Ruby Gap”a gedən Qabriella Fridman (29 yaş), Şayqun Narula (27 yaş), Haydn Dodds (29 yaş), Rena Valker (31 yaş) və Cessika Kolicin (29 yaş) axtarışı üçün polisə məlumat verilib.


Gənc həkimlərin itkin düşməsinə dair polisdən verilən açıqlamada onların başqa bir qrupla görüşəcəyi məlumatı yer alıb.


Qeyd edək ki, gənc həkim qrupunun digər qrupla görüşmək üçün yola çıxdığı "Ruby Gap” bölgəsi Şərqi Makdonnel sıra dağlarında yerləşir və çətin yolları ilə tanınan təbiət parkıdır. Bölgəyə yalnız 4 motorlu yolsuzluq avtomobilləri gedə bilir./Publika.az

Xəbər lenti