Xəzər Xəbər

Rusiya gələn ilin yayına qədər koronavirusdan xilas olacaq

Dünya | 14:43 • 7 Sentyabr 2020
Rusiya gələn ilin yayına qədər koronavirusdan xilas olacaq

Rusiya gələn ilin yayına qədər COVID-19 xəstəliyindən xilas ola bilər.


Bunu Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Qintsburq deyib.


"İzvestiya” qəzetinə müsahibə verən direktor ölkə əhalisinin əksər hissəsinin peyvəndlənəcəyini, bununla da koronavirusa yoluxmanın aradan qaldırıla biləcəyini bildirib.


Mütəxəssisin fikrincə, bütün mövcud potensialdan istifadə olunarsa, ildə 80 milyon ədəd peyvənd istehsal edilə bilər.


Xatırladaq ki, Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatı 11 avqustda Prezident Vladimir Putin tərəfindən elan edilmişdi.


Rusiya Koronavirusla Mübarizə Qərargahından verilən məlumata görə, COVID-19-a qarşı "Sputnik V” adı verilən peyvənd 1 yanvar 2021-ci ildə mülki dövriyyəyə buraxılacaq./Publika.az

Xəbər lenti