Xəzər Xəbər

Axtarışda olan daha iki terrorçu Türkiyədə zərərsizləşdirilib

Dünya | 14:19 • 7 Sentyabr 2020
Axtarışda olan daha iki terrorçu Türkiyədə zərərsizləşdirilib

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkə daxilində həyata keçirdiyi antiterror əməliyyatları çərçivəsində Bitlisdə zərərsizləşdirilən altı terrorçudan ikisinin axtarışda olduğu müəyyən edilib.


Xezerxeber.az xəbər verir ki, əməliyyata helikopter və silahlı pilotsuz uçuş aparatları ilə dəstək verilib.


DİN tərəfindən axtarılan təhlükəli terrorçular – "Ronahi Dersim” ləqəbli Özlem Atsak və "Azad Şoreş” ləqəbli Rıdvan Eryılmazın axtarışı üçün mükafat vəd olunmuşdu.

Xəbər lenti