Xəzər Xəbər

Türkiyə ordusunun hərbçisi Suriyada şəhid olub

Dünya | 14:08 • 7 Sentyabr 2020
Türkiyə ordusunun hərbçisi Suriyada şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində antiterror əməliyyatı aparan hərbi birlikləri terrorçuların hücumuna məruz qalıb.


Türkiyə Milli Müdafiə Nazirliyi xəbər yayıb ki, atışmada hərbi qulluqçu Sərdar Aslan şəhid olub.


Müdafiə naziri Hulusi Akar mərhumun ailəsinə başsağlığı verib.


Şəhidin cənazəsi helikopterlə Qaziantepə gətirilib.

Xəbər lenti