Xəzər Xəbər

8 milyon nəfərin təxliyəsi tələb olunur - DƏHŞƏTLİ FƏLAKƏT GƏLİR

Dünya | 12:02 • 7 Sentyabr 2020
8 milyon nəfərin təxliyəsi tələb olunur - DƏHŞƏTLİ FƏLAKƏT GƏLİR

Yaponiyada Haişen tayfunu ölkənin Kyuşu bölgəsini tamamilə təsiri altına alıb.


Bu səbəbdən 8 milyon sakinin təxliyəsi tələb olunur.


"Kyodo” agentliyinin məlumatına görə, bölgənin şimalındakı Fukuoka, Kumamoto, Naqasaki, Oita, Saqa və cənubundakı Kaqoşima, Miyasaki, Okinava əyalətlərində təxliyə çağırışları edilib.


Meteorologiya Agentliyi səlahiyyətli şəxsləri leysan yağışları, güclü külək, fırtına dalğalarına qarşı tədbir görməyə çağırıb.


Hazırda 4 əyalətdə 17 nəfərin xəsarət aldığı bilgisi var. 142 min evdə elektrik enerjisi kəsilib.


Miyasaki bələdiyyəsi təcili sığınacaq mərkəzlərinin 50% olduğunu, koronavirus pandemiyasına görə daha çox insan qəbul edə bilməyəcəklərini açıqlayıb.


İnfrastruktur Nazirliyi daşqınlara qarşı 11 əyalətin 73 anbarını boşaltdıqlarını bildirib.


"Toyota”, "Nissan” və "Sony” firmaları işçilərin təhlükəsizliyi üçün istehsal müəssisələrini müvəqqəti olaraq bağlayıb.


"All Nippon Airways” hava yolları bölgədə 300-dən çox reysi təxirə salıb. Kyuşu və Qərbi Yaponiya Dəmir Yolları bəzi nöqtələrdə qatar səfərlərinin müvəqqəti dayandırılacağını elan edib.


Tayfunun həftəiçi Koreya yarımadasına doğru irəliləyəcəyi proqnozlaşdırılır./publika.az


Xəbər lenti