Xəzər Xəbər

İsrail HƏMAS-ın Qəzzadakı mövqelərinə hava zərbələri endirdi

Dünya | 11:04 • 15 Avqust 2020
İsrail HƏMAS-ın Qəzzadakı mövqelərinə hava zərbələri endirdi

İsrail hərbçiləri HƏMAS-ın yəhudi dövləti istiqamətində partlayıcı maddə ilə dolu hava şarlarının işə salınmasına cavab olaraq radikal hərəkatın Qəzzadakı obyektlərinə zərbələr endirib.


Bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.


"Qəzza zolağından partlayıcı maddə olan şarların İsrail ərazisinə atılmasına cavab olaraq, biz yalnız Həmas hərbi kompleksini, yeraltı infrastrukturu və Qəzzadakı Həmas müşahidə postlarını vurduq" hərbçilər tərəfindən yayılmış bəyanatda deyilir./report

Xəbər lenti