Xəzər Xəbər

Gürcüstanda COVID-19-a yoluxanların sayı 1 300-ü ötdü

Dünya | 12:59 • 14 Avqust 2020
Gürcüstanda COVID-19-a yoluxanların sayı 1 300-ü ötdü

Gürcüstanda son sutkada koronavirusa 23 yeni yoluxma faktı təsdiqlənib, 17 pasiyent sağalıb.


Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.


Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 306 nəfərə, sağalanların sayı isə 1 085 nəfərə çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib.


Hazırda Gürcüstan üzrə karantində 7 597,  tibbi nəzarətdə isə 261 nəfər saxlanılır. /report

Xəbər lenti