Xəzər Xəbər

Avstraliyada işsizlərin sayı ilk dəfə 1 milyon nəfəri keçdi

Dünya | 16:49 • 13 Avqust 2020
Avstraliyada işsizlərin sayı ilk dəfə 1 milyon nəfəri keçdi

Avstraliyada işsizlərin sayı ilk dəfə 1 milyon nəfər həddini keçib.


Bu barədə ölkənin Milli Statistika Bürosu bildirib.


Statistikaya əsasən, iyul ayında ölkədə işsizlərin sayı 16 min nəfər artıb. Hazırda Avstraliyada işsizlik səviyyəsi 7,5 faizə çatıb.


Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avstraliyanın iri ştatlarında sərt karantin rejimi davam edir, bir sıra ştatlar arasında sərhədlər bağlanıb.


Bu günədək ölkədə 22 mindən çox şəxs koronavirusa yoluxub, 361 nəfər ölüb./trend

Xəbər lenti