Xəzər Xəbər

Rusiya peyvəndin istehsalı və paylanmasını o ölkəyə həvalə etdi

Dünya | 16:36 • 13 Avqust 2020
Rusiya peyvəndin istehsalı və paylanmasını o ölkəyə həvalə etdi

Rusiya koronavirusa qarşı hazırlanan "Sputnik V” peyvəndinin istehsalı və paylanması mövzusunda Braziliya ilə razılığa gəlib.


Bu barədə ölkənin Birbaşa İnvestisiya Fondundan açıqlama gəlib.


Sözügedən razılaşma onlayn yolla keçirilən mərasimdə fondun rəhbəri Kirill Dmitriyev ilə Parana valisi Karlos Massa Rationo arasında əldə edilib.


Bu çərçivədə Parana əyaləti peyvəndin istehsalı, eyni zamanda Braziliya və digər Latın Amerikası ölkələrinə paylanması ilə maraqlanacaq./publika.az

Xəbər lenti