Xəzər Xəbər

Belarus MSK: Prezident seçkilərin ilkin nəticəsinə görə Lukaşenko 80,23 faiz səslə liderlik edir

Dünya | 12:51 • 10 Avqust 2020
Belarus MSK:

Belarusun Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələri ilə bağlı son statistikanı açıqlayıb.


Nəticəyə görə seçicilərin 80,23 faizi Aleksandr Lukaşenkoya səs verib.


Svetlana Tixanovskaya isə səslərin 9,9 faizini toplaya bilib.


MSK-nın ilkin açıqlamasına görə, seçkilərdə 5 798 908 seçici iştirak edib. Bu da ümumi seçicilərin 84,23 faizi deməkdir. MSK-nın sədri Lidiya Yermoşina bu gün keçirdiyi brifinqdə bildirib ki, məntəqələrdən alınan protokolların son nəticəsi barədə əlavə məlumat veriləcək.

Xəbər lenti