Xəzər Xəbər

ABŞ-da prezident seçkilərilə bağlı MARAQLI TƏKLİF

Dünya | 16:22 • 7 Avqust 2020
ABŞ-da prezident seçkilərilə bağlı MARAQLI TƏKLİF

ABŞ hökuməti prezident seçkilərinə müdaxilə edənlər və kiberhücumlarla bağlı məlumat verənə 10 milyon dollar mükafat verəcək.


Bu barədə ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo mətbuat konfransında deyib.


O bildirib ki, xarici dövlətlərin nəzarəti altında olan və seçkilərə cinayətkar kiberhücumlar vasitəsilə müdaxilə edən şəxsləri aşkara çıxarmağa kömək edənə 10 milyon dollara qədər mükafat veriləcək.


Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Prezident Donald Tramp koronavirus pandemiyası səbəbindən səsverməni təxirə salmaq istəsə də, səlahiyyətləri onun belə bir qərarı qəbul etməsinə imkan verməyib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti