Xəzər Xəbər

Bu ölkədə səyahətlərə yenidən məhdudiyyət qoyuldu

Dünya | 09:45 • 7 Avqust 2020
Bu ölkədə səyahətlərə yenidən məhdudiyyət qoyuldu

Finlandiya hökuməti bir sıra ölkələrə gediş-gəlişə yenidən məhdudiyyətlər tətbiq edib.


XəzərXəbər xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar hökumətin bugünkü iclasında qəbul edilib və avqustun 10-dan etibarən qüvvəyə minəcək.


Qərara əsasən, Finlandiyadan Niderlanda, Belçikaya və Andorraya gediş-gəliş zamanı sərhəd nəzarəti bərpa olunur.


Finlandiya hökuməti iki həftədən-bir turizm üçün tövsiyə edilən ölkələrin siyahısını nəzərdən keçirir.


unikal.org

Xəbər lenti