Xəzər Xəbər

Beyrut partlayışında ölən nüfuzlu şəxslər siyahısına daha biri əlavə olundu

Dünya | 15:45 • 6 Avqust 2020
Beyrut partlayışında ölən nüfuzlu şəxslər siyahısına daha biri əlavə olundu

Livanın paytaxtı Beyrutdakı partlayış zamanı həlak olan nüfuzlu şəxslərin siyahısına daha biri daxil olub.


Məşhur fransız memarı Jan-Mark Bonfis partlayış zamanı dünyasını dəyişib.


Bu barədə Fransanın Mədəniyyət naziri Rozelin Baçelot tvitterdə yazıb.


Qeyd edək ki, Jan-Mark Bonfis Fransada bir neçə böyük layihəni, o cümlədən iki hotel və 900 yaşayış binası olan Avropanın ən böyük qolf kompleksini ərsəyə gətirib. O, Beyrutun mərkəzinin yenidən qurulmasına dair keçirilən layihə yarışmasının qaliblərindən biri olub.


Əlavə edək ki, bundan əvvəl "Kataeb" partiyasının lideri Nizar Najaryanın, eynilə bir neçə xarici diplomatın öldüyü və ya xəsarət aldığı barədə xəbərlər verilmişdi./publika.az

Xəbər lenti