Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 57 152 nəfər artaraq 2 859 073-ə yüksəlib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, indiyədək virusa yoluxmuş 97 256 xəstə vəfat edib. Son sutkada 1 437 ölüm faktı qeydə alınıb.
Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.