Xəzər Xəbər

Afrikada müəmmalı dəvə ölümlərinin səbəbi açıqlandı

Dünya | 09:57 • 6 Avqust 2020
Afrikada müəmmalı dəvə ölümlərinin səbəbi açıqlandı

Keniyada son aylarda 200-dən çox dəvənin ölümünə səbəb olan müəmmalı xəstəlik bəlli olub.


Xarici mətbuat xəbər verir ki, ölmüş heyvanlardan götürülən test nümunələrinin cavabına görə dəvələr Yaxın Şərq Tənəffüs Yolu Sindromu Koronavirusu (MERS-CoV) səbəbindən tələf olublar.


Marsabit Səhiyyə Xidmətinin rəhbəri Adano Koçi dəvələrə baxan 3 nəfərdə də bu virusun aşkarlandığını deyib. Vəziyyətlərinin yaxşı olduğunu bildirib.


Qeyd edək ki, ilk dəfə Səudiyyə Ərəbistanında rast gəlinən MERS xəstəliyinin insanlara heyvanlardan keçdiyi məlumdur./Qaynarinfo

Xəbər lenti