Xəzər Xəbər

Pandemiyanın ikinci dalğasını bu şəxslər yayır ÜST xəbərdarlıq edir

Dünya | 16:42 • 5 Avqust 2020
Pandemiyanın ikinci dalğasını bu şəxslər yayır

Karantin qaydalarının yumşaldılmasından sonra ictimai məkanlara axın edən gənclər dünya miqyasında koronavirusa yoluxmanın artmasında böyük pay sahibinə çevriliblər.


Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.


Bildirilir ki, 14-25 yaş kateqoriyasına daxil gənclərdə infeksiya faizi son 5 ayda 3 qat artıb.


Bir çox ölkədə pandemiyanın ikinci dalğasının yayılması təşvişi yaranıb.


ÜST-ün 24 fevral- 12 iyul tarixləri arasında 6 milyon COVID-19 xəstəsi üzərində apardığı araşdırma nəticəsində gənc nəsildə yoluxmanın 4,5 faizdən 15-ə çıxdığı müəyyən edilib.


Pandemiyanın episentri mövqeyində olan ABŞ-la yanaşı İspaniya, Almaniya və Fransa kimi virusun ən çox yayıldığı ölkələrlə, Yaponiya kimi yoluxmanın yenidən artdığı Asiya ölkələrindəki xəstələrin əksər hissəsinin gənclər olduğu bildirilib.


ABŞ-ın Merilənd ştatındakı Con Hopkins Xəstəxanasının icraçılarından biri olan Neysa Ernst gənclərin qoruyucu maska və sosial məsafə mövzularında daha tədbirsiz davrandıqlarını qeyd edib.


Qeyd edək ki, ÜST-ün Baş katibi Tedros Adhanom Qebreyesus da əvvəlki açıqlamalarında gənclərin koronavirusun yayılmasında böyük təsiri olduğuna diqqət çəkmişdi./Publika.az

Xəbər lenti