Xəzər Xəbər

İranda pandemiya qurbanlarının sayı 17 800-ü ötdü

Dünya | 15:19 • 5 Avqust 2020
İranda pandemiya qurbanlarının sayı 17 800-ü ötdü

İranda daha 185 nəfər pandemiyanın qurbanı olub.


IRINN xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.


Onun sözlərinə görə, son 24 saatda ölkədə 2 697 yeni yoluxma faktı qeydə alınıb.


Beləliklə, İranda qeydə alınmış yoluxma hallarının sayı 317 483-ə yüksəlib. Onlardan 17 802 nəfəri ölüb, 274 932 nəfəri sağalıb.

Xəbər lenti