Xəzər Xəbər

Türkiyənin 10 vilayətində həyəcan siqnalı

Dünya | 10:30 • 3 Avqust 2020
Türkiyənin 10 vilayətində həyəcan siqnalı

Güclü sel və daşqın Türkiyənin şimal-şərq bölgəsində yenidən böyük fəsadlar yaratmağa başlayıb.


Ərzurum-Artvin avtomagistralını lil basması nəticəsində yolda nəqliyyatın hərəkəti dayanıb. Ərzurumun Tortum Rayonu ərazisində yaranan kilometrlərlə uzanan maşın tıxacı getdikcə daha da artır. Magistralın açılması üçün təbii fəlakət bölgəsinə ağır texnikalar cəlb olunub.


Metroloqlar avqustun 3-dən etibarən Türkiyənin ən azı on vilayətində daşqınlar yaradacaq güclü yağış olacağını bildiriblər./Publika.az

Xəbər lenti

Çox oxunanlar