Xəzər Xəbər

Afrikada COVID-19-a yoluxanların sayı 944 minə çatır

Dünya | 10:11 • 3 Avqust 2020
Afrikada COVID-19-a yoluxanların sayı 944 minə çatır

Afrikada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 943 808 nəfərə çatıb.


Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatında qeyd olunub.


Bildirilib ki, son 24 saat ərzində 15 488 nəfərdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.


Afrikada 19 681 insan infeksiyadan həyatını itirib, 600 mindən çox pasiyent müalicə alaraq sağalıb.


Qitədə pandemiya ilə bağlı ən gərgin vəziyyət Cənubi Afrika Respublikasındadır.


Belə ki, ölkədə 503 290 nəfər virusa yoluxub, 8 153 insan isə COVID-19-un qurbanı olub./report

Xəbər lenti