Xəzər Xəbər

Kolumbiyada rekord yoluxma

Dünya | 10:04 • 3 Avqust 2020
Kolumbiyada rekord yoluxma

Kolumbiyada koronavirusa yoluxma hallarının təsdiqlənmiş sayı artmaqda davam edir.


Bu barədə Kolumbiya Səhiyyə və Sosial İşlər Nazirliyi xəbər yayıb.


Belə ki, ölkədə COVID-19 koronavirusuna yoluxma hallarının gündəlik artım göstəricisinin rekord səviyyəsi - 11 470 yeni yoluxma qeydə alınıb.


Son bir gündə COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 320 nəfər vəfat edib.


Kolumbiyada ümumilikdə 317 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 167 239 nəfər müalicə olunaraq sağalıb, 10 650 nəfər vəfat edib, aktiv xəstə sayı 139 762 nəfərdir./report

Xəbər lenti