Xəzər Xəbər

Braziliyada virusdan ölənlərin sayı 94 mini keçdi

Dünya | 09:42 • 3 Avqust 2020
Braziliyada virusdan ölənlərin sayı 94 mini keçdi

COVID-19 infeksiyasından ən çox zərər çəkən ikinci ölkə - Braziliyada son sutka ərzində 25,8 min nəfər koronavirusa yoluxub.


Braziliyada koronavirusa yoluxanların sayı 2 733 677 nəfərə, ölü sayı isə 94 130 nəfərə çatıb.


Ölkə xəstəxanalarında müalicə alan 1 884 051 pasiyent sağalıb. Hazırda aktiv xəstə sayı isə 755 496 nəfərdir.


Təxminən 211 milyon nəfər əhalisi olan Braziliya Latın Amerikasında COVID-19 xəstəliyinin episentri sayılır.


Ölkə koronavirus infeksiyasına yoluxma və ölüm sayına görə ABŞ-dan sonra dünyada ikinci yerdədir./report

Xəbər lenti