Xəzər Xəbər

ABŞ-da son sutkada koronavirusa 58 mindən çox yoluxma aşkarlandı

Dünya | 15:21 • 2 Avqust 2020
ABŞ-da son sutkada koronavirusa 58 mindən çox yoluxma aşkarlandı

ABŞ-da son sutka ərzində koronavirusdan 1,1 min nəfərdən çox insan ölüb.


Bu barədə federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.


Universitetin məlumatına görə, ötən gün ərzində Birləşmiş Ştatlarda koronavirusa 58 mindən çox yoluxma aşkarlanıb.


Qeyd edilir ki, ABŞ-da COVID-19-a yeni yoluxma qeydə alınıb. Eyni zamanda daha 1 133 nəfər pandemiyanın qurbanı olub.


Pandemiya ərzində Birləşmiş Ştatlarda təhlükəli virusa ümumilikdə 4 620 502 yoluxma təsdiqlənib. Ölkədə 154 mindən çox pasiyent COVID-19-dan ölüb. Eyni zamanda 1,4 milyondan çox pasiyent sağalıb. /Report

Xəbər lenti