Xəzər Xəbər

Boliviyada karantin rejimi uzadıldı

Dünya | 10:19 • 1 Avqust 2020
Boliviyada karantin rejimi uzadıldı

Boliviyanın müvəqqəti hökuməti ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq olunan karantin məhdudiyyətlərini avqustun 31-dək uzadıb.


"TASS” xəbər verir ki, bunu prezident yanında nazir Yerko Nunes açıqlayıb.


O bildirib ki, hər bir vilayətdəki karantin tədbirlərinin necə olacağını müəyyən etmək mərkəzi hökumətlə razılaşdırmaq şərti ilə yerli hakimiyyətin səlahiyyətindədir.


Qeyd edək ki, Boliviyada 75 mindən çox ölkə vətəndaşı koronavirus infeksiyasına yoluxub.


Müalicə alan  2,8 minən çox pasiyent dünyasını dəyişib./report

Xəbər lenti